شمشک دن بیر شعر

شیرین سولو بیر بولاغین

قیراغیندا

ایکی سئوگی ،ایکی حسرت

خلوت ائدیب

سئودالارین دانیشیرلار

شنلیک ائدیب گولوشلرین

بؤلوشولر.....

توت آغاجی باشلارینا کؤلگه سالیب.....

اؤتوب هیجران آجیلیغی

وصله چاتیب عشق اؤدونا آلیشیرلار.....

یام یاشیلدیر دام دره لر

چیچک آچیبدی باغچالار

شان حیاتین یاز چاغیندا

طبیعتین باهاریندا

گؤزلیکدن کام آلیرلار.....

اؤ بولاغین قانشاریندا

ایکی قوجا

بیری آنا ، بیری آتا

قوجا چینار کؤلگه سینده

گؤزتیکیبلر اؤصحنی یه !!

باهارگئچیب پائیزآؤتوب

قیشا دؤنوب عؤمورلری

آجی گونلر آغریلاری

اوزلرینده جیغیر سالیب

ساچ آغاریب، قاشلارینا قیرؤو گلیب

.....

حسرت – حسرت باخاباخا

خیاللارا ، دالا – دالا

قاییدیرلار گئچَن له ره

قوجا دؤنوب قاریسینا سئوال وئریر

یادیندامی سیزه ائلچی گَلَن گونو؟

بیر جیل اکدیک بولاق اوسته؟

اکدیقیمیز اؤ جیل ایندی،

کؤئلگه سالیر سئوگیله ره  !

بیزده ن قالان سئوگی سوئو

اؤجاق اؤلوب سئوگیله ره .....

شیمشک شهبازی


 

şimşək bəydən bir şer

Şirin sulu bir bulağın

qırağında

iki sevgi, iki həsrət

xəlvət edib

sevdaların danışırlar

şənlik edib gülüşlərin

bölüşürlər...

tut ağacı başlarına kölgə salıb...

ötüb hicran acılığı

vəslə çatıb eşq oduna alışırlar...

yam yaşıldır dağ dərələr

çiçək açıbdı bağçalar

şən həyatın yaz çağında

təbiətin baharında

gözəllikdən kam alırlar...

o bulağın qanşərində

iki qoca,

biri ana, biri ata

qoca çinar kölgəsində 

göz tikiblər o səhnəyə!!

bahar geçib payız ötüb

qışa dönüb ömürləri

acı günlər ağrıları 

üzlərində cığır salıb

saç ağarıb qaşlarına qırov qonub

... .... ....

həsrət həsrət - baxa baxa

xiyallara dala-dala

qayıdırlar geçənlərə

qoca dönüb qarısına soal verir

yadındamı sizə elçi gələn günü?

bir cil əkdik bulağ üstə?

əkdigimiz o cil indi

kölgə salır sevgilərə!

bizdən qalan sevgi şuyu

ocaq olub sevgilərə...

 

♦Şimşək Şəhbazi♦